Rusiya hava hücumundan müdafiə sistemləri Volqoqrad vilayəti üzərində daha dörd Ukrayna pilotsuz təyyarəsini məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Martın 8-də Moskva vaxtı ilə saat 07:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-lardan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb. Volqoqrad vilayətinin ərazisi üzərində növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 4 pilotsuz uçuş aparatı məhv edilib”, - departament qeyd edib.

Regionun qubernatoru Andrey Boçarov bildirib ki, pilotsuz təyyarələr vilayətin Qorodişenski rayonunda məhv edilib.

"Sakinlərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülüb. Tələfat və dağıntı yoxdur", - onun sözləri Volqoqrad vilayəti administrasiyasının Telegram kanalında sitat gətirilib.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN