Britaniyada Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Ukraynanın Londondakı səfiri vəzifəsinə təsdiqi prosesi başlayıb.
Tezadlar.az bildirir ki, TASS bu barədə Britaniyadakı diplomatik mənbəyə istinadən xəbər verir.
"Əlahəzrət Kral III Çarlz xarici işlər nazirinin tövsiyəsi ilə təyinatları rəsmən təsdiqləyir. Biz indi rəsmi təsdiq prosesinə başlayacağıq", - mənbə bildirib.
Qeyd olunur ki, Britaniya Rusiya ilə silahlı qarşıdurmada Ukraynaya dəstəyini davam etdirəcək.
Ukrayna Prezidenti Vladimir Zelenski Valeri Zalujnının Ukraynanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyi ilə razılaşıb.
Bundan əvvəl Petro Poroşenkonun Avro Həmrəylik partiyası sıralarından xalq deputatı Vladimir Aryev Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının ölkənin Britaniyadakı səfiri vəzifəsinə təyin edilməsi prosedurunun başlanmasını diplomatiya ilə əlaqəsi olmayan siyasi addım adlandırıb.
E.ŞİRİNOV