Fransa Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) iştirakçıların təhlükəsizliyinə yüksək təhlükə olduğundan Respublikanın DİN-ə Olimpiadanın açılış mərasimindən imtina edərək “B planı”na keçməyi tövsiyə edib.
Bu barədə Radio Europe 1 məlumat yayıb.
"Biz B planına getməliyik", - deyə radiostansiyanın kəşfiyyatdakı mənbəyi təkid edir.
Onun sözlərinə görə, çay paradının hazırkı formatının olduğu kimi saxlanılması çox risklərə yol aça bilər.
Radiostansiyanın məlumatına görə, ölkənini daxili işlər naziri Cerald Darmanin cümə axşamı kəşfiyyat rəsmiləri ilə görüşməli idi. Bu görüşdə DGSİ nümayəndələrinin nazirə terror təhlükəsinin səviyyəsi barədə məlumat verməyi planlaşdırdıqları deyilirdi. Analitiklər "kütləvi terrorizmin Fransaya qayıdışından" çəkinirlər.
Mümkün risklərə - avtomobili izdihamın üzərinə sürə və ya odlu silahla hücum edə bilən, tək hərəkət edən terrorçular daxildir.
Kəşfiyyatın əməkdaşlarə, həmçinin “əfqan zonasından uzaqdan aktivləşdirilən” yerli terroristlərin “yatmış hüceyrələri”ndən də çəkinirlər.
Bu baxımdan, DGSİ 2024-cü il Olimpiya Oyunlarının açılış günündə “koordinasiyalı hücum” ssenarisindən yayınmaq istəyir.
Bundan başqa, Moskva yaxınlığındakı “Crocus Citi Holl”da törədilən terror aktı fonunda Fransada terror təhlükəsinin səviyyəsi maksimuma qaldırılıb.
Fransa təhlükəsizlik qüvvələrinin məlumatına görə, buna səbəb “İslam Dövləti” (“İŞİD”) terror qruplaşmasının fəaliyyətinin aktivləşməsidir. Fransa kəşfiyyatı Mərkəzi Asiyadan, xüsusən də Türkmənistandan, Qırğızıstandan və Qazaxıstandan olan insanlara qarşı yoxlamaları da gücləndirib.
Qeyd edək ki, Olimpiya Oyunları Parisdə iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi Pier Şillenin daha əvvəl dediyi kimi, Fransa Parisdə keçiriləcək Olimpiya Oyunlarının mühafizəsi üçün istifadə olunacaq hərbi kontingenti 20 min nəfərə çatdıracaq. O, hərbçilərin Olimpiya məşəlinin estafetinin iştirakçılarını bütün ölkə boyu müşayiət edəcəyi məsələsinə də aydınlıq gətirib. Yarış zamanı onlar ölkə daxilində polis, jandarma və digər xidmətlərə birbaşa dəstək verəcəklər.
Hərbçilərin qoruyacağı ən mühüm məntəqələrdən biri Sena çayı üzərindəki çay limanı olacaq, hansı ki, buradan milli komandaların olduğu barjalar oyunların açılış mərasiminə yola düşəcəklər. Həmçinin nümayəndə heyətlərinin marşrutu boyunca aşağı sahillərdə təhlükəsizliyi özəl mühafizə şirkətlərinin 2 minə yaxın əməkdaşı, eyni zamanda, uzunluğu təxminən 12 km-ə çatan yuxarı sahillərdəki nizam 45 min polis əməkdaşı və jandarm tərəfindən təmin ediləcək.
Xatırladaq ki, Fransa Daxili İşlər Nazirliyi yanvarın sonunda tədbirin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıqlar fonunda Olimpiadanın açılışında tamaşaçıların sayını iki dəfə azaldaraq 300 min nəfərə çatdıracağını açıqlamışdı.
Y.Məmmədli