Rusiya ilə münaqişədə Ukrayna artıq itirdiklərindən daha çox itirə bilər, ona görə də respublika hərbi əməliyyatları davam etdirmək haqqında deyil, danışıqlar haqqında düşünməlidir.
"European Voices" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri (2000-2007-ci illər) Volfqanq Şussellə söhbətində deyib.
Siyasətçinin fikrincə, atəşkəs həm də ona görə lazımdır ki, Rusiya ilə Qərb ölkələri arasında “artıq ağlabatan müzakirə yoxdur”.
Şussel də öz növbəsində cavab verib ki, Ukraynada dərhal atəşkəs rejimi dərhal ölkənin məğlubiyyətinə gətirib çıxaracaq. Orban buna cavab olaraq bildirib ki, respublika daha böyük əraziləri itirmək təhlükəsi qarşısındadır.
Keçmiş kansler təkid edib ki, Ukrayna Rusiya ilə qarşıdurmanı ancaq Avropa ona kifayət qədər silah verməsə, itirə bilər.
Bu həftə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto TASS-a müsahibəsində Budapeştin Rusiyanın mümkün itkisinə inanmadığını və Ukraynada atəşkəsə, Kiyev ilə Moskva arasında danışıqların tezliklə qurulmasına və başlamağa çağırdığını bildirib.
Bundan əvvəl Putin yenidən Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib.
E.ŞİRİNOV