Yunanıstanda 5,6 və 5,7 bal gücündə ardıcıl iki zəlzələ hadisəsi baş verib.

Yunanıstanın dövlət kanalı ERT iki zəlzələnin bir dəqiqəlik fasilə ilə baş verdiyini açıqlayıb.

Zəlzələlərin episentrinin Peloponnesdəki İliya bölgəsi olduğu bildirilir.

İon dənizində baş verən zəlzələlər paytaxt Afina da daxil olmaqla Attika bölgəsində də hiss olunub.

Dərinliyi 21 kilometr yarım olduğu bildirilən yeraltı təkanlar nəticəsində can və ya mal itkisi olub-olmadığı barədə hələlik açıqlama verilməyib.

TRT

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN