ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol bildirib ki, Rusiya “terrorizmin dövlət sponsoru” kimi tanınmalı və Moskvaya qarşı sanksiyalar uzadılmalıdır.

“Ukraynanı dəstəkləyən ölkələrin hökumətləri Rusiyaya qarşı sanksiyaları əhəmiyyətli dərəcədə gücləndirməlidirlər və ABŞ Rusiya Federasiyasını terrorizmin himayədarı kimi tanıyaraq bu koalisiyaya rəhbərlik etməlidir”, - “RİA Novosti” Makfoldan sitat gətirir.

Onun sözlərinə görə, yeni səfir Linn Treysi ABŞ-dan Rusiyaya vəsaitlərin köçürülməsinə nəzarəti gücləndirə və bununla da Amerikanın dost olmayan dövlətə qarşı sanksiyalarını daha da sərtləşdirə biləcək.

Daha əvvəl xəbər verdiyi kimi, Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı yeni səfiri Treysini Rusiyanın işlərinə qarışmamağa çağırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN