İsrail hakimiyyəti İrandan gələn təhlükə ilə əlaqədar dünya üzrə 28 diplomatik missiyanın işini dayandırıb.

Tezadlar.az bu barədə “Sky News – Arabiya”ya istinadən xəbər verir.

KİV-in məlumatına görə, İsrail bu addımı “İranın Dəməşqdəki konsulluğuna hücuma cavab verməyə hazır olması barədə bəyanatlarından sonra” atıb.

Cümə axşamı Kan radiosu bildirib ki, İsrail Xarici İşlər Nazirliyi təhlükəsizlik qüvvələri ilə İranın cavab tədbirləri üçün “görünməmiş hazırlığın” bir hissəsi kimi dünyadakı bir sıra səfirliklərin boşaldılması barədə razılığa gəlib. İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib ki, hərbçilər "hər hansı inkişafa qarşı yüksək hazırlıq vəziyyətindədir".

Xatırladaq ki, aprelin 1-də KİV-də İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsinə endirdiyi zərbə nəticəsində 13 nəfərin, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı həlak olması ilə bağlı xəbərlər yayılıb. İranın ruhani lideri Ayətullah Əli Xamenei deyib ki, Tehran İsraili zərbəyə görə peşman edəcək. Respublika prezidenti İbrahim Rəisi hücumun cavabsız qalmayacağına söz verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN