Araşdırma nəticəsində məlum olub ki, World Central Kitchen (WCK) humanitar təşkilatının könüllüləri Qəzza zolağında onları Fələstinin HƏMAS hərəkatının silahlı radikalları hesab edən İsrail hərbçilərinin səhv hücumu nəticəsində həlak olublar.
Tezadlar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.
"İstintaqın tapıntıları göstərir ki, bu hadisə baş verməməli idi. Zərbəni təsdiqləyənlər əmin idilər ki, onlar WCK personalını deyil, silahlı HƏMAS yaraqlılarını hədəf alıblar. Yardım maşınlarına zərbə endirilməsi ciddi səhvdir", - deyən ordu rəhbəri hadisəyə birbaşa cavabdeh olan zabitlərin vəzifələrindən uzaqlaşdırılacağını bildirib.
E.ŞİRİNOV