ABŞ Konqresinin nümayəndə heyəti Çerniqov vilayətindəki yaşayış məntəqələrinə baş çəkib, orada Vladimir Zelenski ilə görüşüb.

Bu barədə TASS yazır.

Nümayəndə heyətinə hər iki partiya və Konqresin hər iki palatası daxil idi.

Agentliyin məlumatına görə, Ukrayna lideri amerikalı tərəfdaşlarına cəbhə xəttindəki vəziyyət və ordunun prioritet ehtiyacları barədə danışıb.

Bundan əlavə, Zelenski vurğulayıb ki, ABŞ Konqresinin Ukraynaya gələcək dəstək haqqında qərar qəbul etməsi Kiyev üçün həyati əhəmiyyət kəsb edir.

Bundan əvvəl Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixail Podolyak etiraf etmişdi ki, Konqresin Ukraynaya yardımın ayrılması məsələsinə baxması üçün verilən müddətin uzadılması ABŞ-ın dəstəyini kompensasiya etmək iqtidarında olmayan Kiyev üçün kritikdir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN