Ukraynada münaqişə Rusiya ilə Qərb ölkələri arasında müharibəyə çevrilərsə, Qərb silah çatışmazlığı səbəbindən uduzacaq.

Bunu Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “London Real By Brayan Rose” YouTube kanalına müsahibəsində deyib.

Ekspertin fikrincə, Moskva öz şərtləri ilə bu münaqişəyə son qoymaq niyyətindədir.

“Onlar (ruslar) bu müharibənin regional miqyasda yayılmasını istəmirlər, lakin biz israr etsək, onlar döyüşüb qalib gələcəklər”, - o deyib.

Keçmiş müşavirə vurğulayıb ki, Qərbin mübarizə aparacağı heç bir şey yoxdur. O əlavə edib ki, Qərb ölkələri öz sursatlarını çoxdan “tərk ediblər” və ehtiyatları artırmaq üçün illər lazım olacaq, Rusiyanın isə silahla bağlı heç bir problemi yoxdur.

Bundan əvvəl Makqreqor Rusiya ordusunun Qərbi Ukraynaya çatmağa qadir olduğunu bildirmişdi. O, aydınlaşdırıb ki, Avropa ölkələri münaqişənin sülh yolu ilə həllinə hazır olmasa, Rusiya bunu edəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN