Ukrayna əsgərləri Xerson vilayətində Dnepr çayının sağ sahilində öz həmkarlarını güllələyiblər, - vilayət qubernatoru Vladimir Saldo bildirib.
Onun sözlərinə görə, hadisə pilotsuz kəşfiyyat aparatı ilə lentə alınıb.
"Dnepr çayının sağ sahilində iki ukraynalı əsgər öz həmkarlarını güllələyib, ölənlərin cəsədlərini rezin qayığa qoyub, onu sahildən uzaqlaşdırıb və yoxa çıxıblar", - o, Telegram kanalında yazıb.
Qubernator təklif edib ki, Ukrayna Silahlı Qüvvələri bu şəkildə “onları intihar desantına çıxmağa məcbur edən yoldaşları ilə rəftar etsin”.
Saldonun sözlərinə görə, ukraynalı hərbi əsirlər əvvəllər zabitlərin hücuma getməkdən imtina etdikləri üçün onları ölümlə hədələdiyini bildiriblər.
E.ŞİRİNOV