Azərbaycan ərazilərini otuz ildən çox müddətdə işğal altında saxlayan ermənilərin gücü Rusiyanın yüksək rütbəli hərbçilərindən aldığı silahlar idi...

44 günlük Vətən müharibəsində isə məlum oldu ki, bu silahlar da işğalçıların karına gəlmədi. Çünki silah özünü qorumaq üçündür, işğalçı niyyətlər üçün deyil... Separatçıların yuvası darmadağın edildikdən sonra isə düşmənin silah anbarları üzə çıxmaqdadır. Belə ki, dünən aprelin 15-də polis əməkdaşları Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 ədəd müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar edərək götürüb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edək ki, 2023-cü il sentyabrın 19-20-də keçirlən antiterror tədbirlərindən sonra Qarabağın bir hissəsini işğal etmiş separatçı ermənilərin məskən saldığı ərazilərdə onlarla ağır hərbi texnika, minlərlə döyüş silahı, on minlərlə sursat aşkar edilib. Polis əməkdaşları hələ də bu əməliyyatları davam etdirir. Bir tərəfdən də separatçılara məxsus minalar təmizlənir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN