İran tərəfi saxlanılan “MSC Aries” ticarət gəmisində olan rus dənizçisi Timofey Kolçanova qarşı heç bir iddianın olmadığını bildirib və onun Rusiyaya qayıtmasına mane olmayacağına söz verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın şərhində deyilir.

İran rəsmilərinin bildirdiyinə görə, “MSC Aries”-də Rusiya vətəndaşı Timofey Kolçanov var. “Gəmi Bəndər-Abbas limanına köçürülüb”, - diplomat əlavə edib: “Aprelin 14-də iki ölkənin xarici işlər idarələrinin rəhbərləri arasında telefon danışığı zamanı İran tərəfi rus dənizçisinə qarşı heç bir iddianın olmadığını bildirib və yaxın vaxtlarda ona konsulluq girişini təmin edəcəyini, həmçinin belə bir istəyi varsa vətəninə qayıtmasına mane olmayacağını vəd edib”.

Zaxarova qeyd edib ki, Rusiyanın Tehrandakı səfirliyi məsələni xüsusi nəzarətdə saxlayır. “Yerli dövlət qurumlarından lazımi razılıqları aldıqdan sonra konsulluq əməkdaşları Timofey Kolçanovu şəxsən ziyarət edəcəklər”, - o əlavə edib.

Aprelin 13-də İRNA xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin (İran Silahlı Qüvvələrinin elit bölmələri) Hörmüz boğazında “MSC Aries” kommersiya gəmisini ələ keçirdiyi barədə məlumat yayıb. “Associated Press”-in məlumatına görə, “MSC Aries” konteyner gəmisi Portuqaliya bayrağı altında üzür. İsrailli iş adamı Eyal Oferin Zodiac Group-a daxil olan Londonda yerləşən Zodiac Maritime şirkəti ələ keçirilən gəmi ilə əlaqəni təsdiqləyib. MarineTraffic xidmətinin məlumatlarına görə, “MSC Aries” konteyner gəmisi Əmirliyin Xəlifə limanından Hindistanın Nava Şevasına doğru gedirdi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN