Bu gün səhər saat 07:00 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.

Tezadlar.az xatırladır ki, hadisə barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb. Hadisə nəticəsində İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Təəssüflər olsun, səhəri xoş ovqatla açmaq istəyən hər iki sürücü belə bir avtoqəzaya düşüblər. Ehtimal edirik ki, burada tələsmək və işə daha tez çatmaq cəhdi var. Bunun isə baiskarı Cavanşir körpüsü istiqamətində uzun müddətdir həllini tapmayan tıxacdır... A.Cəlilov küçəsindəki "butulka sindromu" bu küçədə tıxacı bəzən AMAY-adək uzadır... Tıxacın isə həllini hələki yolu kəsib sürücüləri şəhər istiqamətinə bir-bir buraxmaqda görürlər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN