Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin döyüş sursatı anbarlarını, o cümlədən “Donetsk” əməliyyat-taktiki qruplaşması və “Rusiya Könüllülər Korpusu” qruplaşmalarını məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, Rusiya Silahlı Qüvvələri Donetsk istiqamətində cəbhə xətti boyunca vəziyyəti yaxşılaşdırıb və Ukrayna Silahlı Qüvvələrinin 6 briqadasını atəşə tutub.
USQ-nin Donetsk istiqamətində bir gündə 480-ə qədər əsgər və bir tank itirib.
RDK Ukrayna Müdafiə Nazirliyinə tabedir və Ukrayna Silahlı Qüvvələrinin “Beynəlxalq Legionu”nun bir hissəsidir. Təşkilatın yaraqlıları 2023-cü ildə Ukrayna diversantlarının Bryansk vilayətinə hücumunda iştirak edib, həmçinin 2024-cü ilin martında Rusiya regionlarına hücum ediblər.
E.ŞİRİNOV