Rusiya və Monqolustan sərhədində bir sıra keçid məntəqələri 1 May bayramlarına qədər müvəqqəti bağlanacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə Monqolustan Sərhəd Xidməti Departamenti məlumat yayıb.

Departamentdən verilən məlumata görə, aprelin 28-dən aprelin 30-dək uzun həftəsonu ilə əlaqədar Tsaqaanuur, Tes, Artsuur, Xanx və Ulxun yol sərhəd keçid məntəqələri müvəqqəti bağlanacaq. Eyni zamanda, aprelin 29-30-da Tuva ilə sərhədə yaxın Borşo keçid məntəqəsi də bağlı olacaq.

Sərhəd xidməti bildirib ki, Çingiz Xan Beynəlxalq Hava Limanı, Sux-Batordakı dəmir yolu sərhəd-keçid məntəqəsi, Altanbulaq və Ereentsav avtomobil keçid məntəqələri əvvəlki qaydada fəaliyyətini davam etdirəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN