Ukrayna prezidenti Vladimir Zelenski öz formuluna uyğun olaraq İsveçrədə keçiriləcək sammit planlarından danışaraq, qərarın Rusiyaya təsir edə biləcəyini deyib.

Tezadlar.az xəbər verir ki, Ukrayna lideri bunu “HugoDécrypte” YouTube kanalına müsahibəsində bildirib.

“Və biz Rusiyaya təsir formatı tapacağıq ki, o, bu şərtlərlə razılaşsın. Əminəm ki, orada Rusiyaya təsir edə biləcək güclü dövlətlər olacaq. Bu, artıq taxıl sövdələşməsi ilə bağlı olub”, - Zelenski bildirib.

Onun sözlərinə görə, sammitdə 80-dən çox ölkə iştirak edəcək və bu, sənədin bir neçə bəndini tərtib edə və onunla Rusiyaya təsir göstərə biləcək.

Daha əvvəl Zelenski bildirib ki, Rusiya yalnız konfransdan sonra İsveçrədə müzakirə olunacaq “sülh planı” görəcək. Onun sözlərinə görə, ümumi rəy tərtib etdikdən sonra bəzi diplomatlar planı Rusiya nümayəndələrinə təqdim edəcəklər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN