ABŞ hərbi kəşfiyyatının yüksək rütbəli rəsmisi Vaşinqtonun İsrailin Qəzza zolağında fələstinliləri bombalamasına dəstək verməsi nəticəsində yaranan “mənəvi zədə” səbəbindən istefa verib.

“Reuters”in məlumatına görə, mayor Harrison Mann sosial şəbəkələrdə dərc olunan məktubunda ABŞ Müdafiə Kəşfiyyat İdarəsindən (DİA) tez getməsinin səbəbini belə açıqlayıb.

O, Fələstin-İsrail münaqişəsi ilə bağlı ABŞ-ın siyasəti ilə razılaşmadığı üçün ötən ilin dekabrında istefa verən ilk ABŞ kəşfiyyatçısı olub.

Mannın sözlərinə görə, o, qorxusundan aylarla öz motivlərini gizlətməyə məcbur olub. Bununla belə, keçmiş kəşfiyyatçı iddia edir ki, o, “Fələstinlilərin qətliamına töhfə verən ABŞ siyasətinin təbliğinə kömək etdiyi üçün özünü utanc və təqsirkar hiss edir”. Keçmiş DİA əməkdaşı qeyd edib ki, "müəyyən məqamda - məntiqdən asılı olmayaraq - ya uşaqların kütləvi şəkildə aclıqdan ölümünə səbəb olan siyasəti təbliğ edirsiniz, ya da etmirsiniz".

Mann Qəzzadakı hadisələrə görə öz ölkəsinin siyasətindən məyus olan ilk ABŞ əsgəri deyil. Keçən fevral ayında ABŞ Hərbi Hava Qüvvələrinin fəal əsgəri Vaşinqtonun İsrailyönlü siyasətinə etiraz etmək üçün İsrail səfirliyi qarşısında özünü yandırıb. Bundan əlavə, ABŞ Dövlət Departamentinin naməlum sayda əməkdaşı Co Bayden administrasiyasının İsrailə tam dəstək siyasəti ilə razılaşmadığı üçün istefa verib, - “Reuters” xatırladır

Beynəlxalq humanitar təşkilatların məlumatına görə, bu günə qədər 35 mindən çox fələstinli İsrailin Qəzza zolağında keçirdiyi əməliyyatın qurbanı olub, 80 minə yaxını isə yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN