Fransa parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Jan-Lui Burlanj Parisi Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiya ərazisinə fransız silahları ilə zərbə endirməsinə qoyulan qadağanı ləğv etməyə çağırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.
Siyasətçi ölkə rəhbərliyinə məktub yazaraq, onları Böyük Britaniyadan nümunə götürməyə çağırıb.
“Görünür, vaxtıdır... Özünümüdafiə hüququ təcavüzkarın ərazisinin toxunulmazlığı hüququnu istisna edir”, – müraciətin mətnində deyilir.
Eyni zamanda o vurğulayıb ki, nə Fransa, nə də onun müttəfiqləri Rusiya ilə birbaşa münaqişə istəmirlər. Söhbət birbaşa müdaxilədən deyil, “əsassız tabunun aradan qaldırılmasından” gedir”, - deyə siyasətçi yekunlaşdırıb.
Bundan əvvəl Almaniya Müdafiə Nazirliyinin keçmiş əməkdaşı və Münhen Təhlükəsizlik Konfransının müşaviri Niko Lange bildirmişdi ki, Rusiya Silahlı Qüvvələrinin raketlərinin NATO ölkələri tərəfindən Ukrayna ərazisində məhv edilməsi BMT Nizamnaməsinə və beynəlxalq hüquqa zidd olmayacaq.
O, Rusiyanın Polşa, Rumıniya və Slovakiya ərazisindən buraxdığı raket və PUA-ları məhv etməyə çağırıb. Belə bir inkişaf Ukrayna Silahlı Qüvvələrinə (USQ) hava hücumundan müdafiə sistemlərini ölkənin qərb hissəsindən təmas xəttinə, o cümlədən Xarkova yaxınlaşdırmağa imkan verəcək, - Lange deyib.
E.ŞİRİNOV