...Azadlıq İnsanın, Xalqın, son nəticədə Bəşərin özünün aqibətinə tam sahib olmasıdır. Azadlıqda aqibət İnsanın özünə tapşırılır, ondan kənardakına yox. Ancaq Azadlıq ideyası çox mürəkkəb bir ideyadır. Hələ aşkarlanmayan ideyadır. Mahiyyətcə Azadlıq Əxlaq deməkdir. Çünki insanın özünə sahib olması üçün onun Əxlaqı vacibdir, onun özündəki naqislikdən azad olması vacibdir. Əxlaqsız şəxs özünün Tülkülüyündən, İlanlığından asılı olacaq. Təəssüf ki, bəşər indi belədir. Azadlığın gücü, mahiyyəti Kamillikdir. Bu xalqa, bəşərə də aiddir. Üç cür Azadlıq mövcuddur:
Birinci, ictimai Azadlıq. Yəni hər bir təbəqənin öz aqibətinə sahib olması. Təbəqə üzərində başqa bir təbəqənin rəddi. Belə Azadlıq yalnız və yalnız ideal olaraq qalır. Ümumiyyətlə, Azadlıq İdealla bağlıdır.
İkinci, Azadlıq- Ruhani Azadlıqdır. İnsanın mənəvi özünəməxsusluğu, insan üzərində mənəvi əsarətin ləğvi.
Üçüncü, Azadlıq- Fərdi Azadlıqdır. İnsanın özünə, öz aqibətinə, bayaq dediyimiz kimi, sahiblənməsidir.
Eyni zamanda Siyasi azadlıq da var. Hər bir xalqın özünəməxsusluğu, Aqibətinə sahib olması. Ocaq belə hesab eləyir ki, Azadlıq İnamdan başlamalıdır. İnsanın daxilində yetişməlidir. İnsan özünə sahib olmalıdır ki, İctimai əsarəti, fərdi əsarəti ləğv eləsin.
Bütün döyüşlər İnsanın Özüylədöyüşündən başlamalıdır.
Təqdim etdi: E.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN