Sankt-Peterburq polisi məşhur sovet balerinası, hazırda Mariinski teatrının xoreoqraf-repetitoru, SSRİ xalq artisti Qabriela Komlevadan dələduzluq yolu ilə 9 milyon rubldan çox pul alan fırıldaqçıları axtarır.
Tezadlar.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanları məlumat verib.
“Fevralın 6-da axşam saatlarında Mariinski Teatrının xoreoqrafı və tərbiyəçisi Qabriela Komleva polisə ərizə ilə müraciət edərək, 2024-cü ilin sentyabrından noyabr ayına qədər naməlum şəxsin özünü FTX işçisi kimi təqdim edərək ona zəng etdiyini bildirib. Ərizəçi (Qlinka və Dekabristov küçələrinin kəsişməsində) naməlum şəxsə 9,1 milyon rubl məbləğində pul verib”, – agentliyin həmsöhbəti bildirib.
Hadisə əsasında xüsusilə külli miqdarda dələduzluq (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) üzrə cinayət işi açılıb.
E.ŞİRİNOV