Ukrayna Silahlı Qüvvələrinin (USQ) Gürcüstan legionunun döyüşçüsü Vano Nadiradze əsgər Mamuka Beriyanın cəbhədə həlak olması barədə məlumat verib.
Tezadlar.az xəbər verir ki, bu barədə o, özünün Facebook səhifəsində yazıb.
"Təəssüf ki, dünən biz iki gürcü David Dvalişvili və Mamuka Beriyanı itirdik", - Nadiradze yazıb.
Qeyd edək ki, sonuncu, məşhur Sovet Dövlət Təhlükəsizliyi Baş Komissarı Lavrentiy Beriyanın adaşıdır.
Onların ölümünün təfərrüatları barədə məlumat verilmir. Ancaq onların cəsədlərinin bu yaxınlarda cəbhə xəttindən daşındığı məlum olub.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin ərazi müdafiə briqadalarından birinin komandiri, “Artilleriya tanrısı” ləqəbli Oleq Poddubçenko cəbhədə məhv edilib. O da cəbhə xəttində həlak olub.
E.ŞİRİNOV