İlk növbədə, Ukrayna məsələsində ABŞ prezidenti Donald Tramp hərbi əməliyyatları dayandırmağı, daha sonra danışıqlar prosesinə başlamağı planlaşdırır.
Tezadlar.az xəbər verir ki, bunu ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “The New York Post”a müsahibəsində deyib.
"Başlanğıc üçün, Tramp qətlləri dayandırmaq istəyir - sadəcə onları dayandırın", - o deyib.
Kelloq əlavə edib ki, gələcəkdə ABŞ prezidenti bundan çıxış edəcək.
Bundan əvvəl o, Ukrayna münaqişəsini həll etmək üçün Rusiya və Ukraynanın kompromislərə getməli olduğunu bildirmişdi.
Kelloq vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın bütün administrasiyası Ukrayna münaqişəsinin həlli üçün çalışır. Amerika lideri Ukraynada nizamlanma üzrə danışıqlar başlamazdan əvvəl “qanın tökülməsini dayandırmaq” istədiyini bildirib.
E.ŞİRİNOV