İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti İordan çayının qərb sahilindəki böyük Cenin şəhərində antiterror əməliyyatının başladığını elan edib.
Tezadlar.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Təhlükəsizlik bölmələri Cenində terrorla mübarizə əməliyyatına başlayıb", - məlumatda deyilir.
Mətbuat xidməti başqa təfərrüatları açıqlamayıb, əlavə məlumatın “ardınca veriləcəyini” qeyd edib.
“Ynet” portalının məlumatına görə, Cenin əməliyyatı İsrail hərbçiləri ilə silahlı radikallar arasında atışmalarla müşayiət olunur.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və 240-dan çox insanın girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıblar. Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
E.ŞİRİNOV