Antinarkotik təbliğatı çərçivəsində Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə növbəti görüş Piran kənd tam orta məktəbində təşkil olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, çıxış edən Lerik RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Anar Şıxəliyev və Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova narkomaniyanın və psixotrop maddələrin insan sağlamlığına mənfi təsirləri barədə ətraflı məlumat veriblər, narkotik maddələrdən istifadənin qısa zamanda fiziki və psixi asılılıq yaratdığını diqqətə çatdırıblar.

img-20240521-wa0108

Qeyd olunub ki, narkotik maddələr insanın fiziki və mənəvi sağlamlığına mənfi təsir göstərməklə bərabər, onun hüquqazidd əməllərə yönəlməsinə və bir çox hallarda cinayət törətməsinə də səbəb olur. Bu səbəbdən də məktəblilərə sağlam həyat tərzi sürmək, gələcəyi məhv edən vərdişlərdən uzaq durmaq tövsiyə olunub.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

RÖVŞANƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN