Kazan hava limanı müvəqqəti olaraq Moskva vaxtı ilə saat 11:30-dan etibarən uçuşları qəbul etmir və göndərmir.
Tezadlar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün mayın 23-də (cümə axşamı) Kazan hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər qoyulub", - məlumatda deyilir.
Federal Hava Nəqliyyatı Agentliyi əlavə edib ki, təyyarə ekipajları, hava hərəkəti dispetçerləri və aeroport xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər.
E.ŞİRİNOV