Qərb Ukraynaya Rusiya ərazisinə hücum etməyə icazə verərsə, Moskva sərt cavab verəcək, - alman professor Gerhard Mangott deyir.

Tezadlar.az xəbər verir ki, bu barədə “Focus” yazır.

Onun sözlərinə görə, Qərb ölkələrinin belə bir addımı daha da gərginləşəcək və vəziyyəti idarəolunmaz edəcək. O bildirib ki, Rusiyanın cavabı taktiki nüvə silahlarının Ukrayna sərhədinə ötürülməsi ola bilər.

Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski bəyan etmişdi ki, Qərb silahlarının Rusiya ərazisinə zərbə endirməsinə qadağa qoyulmamalıdır. Ukrayna Silahlı Qüvvələrinə Kiyevə təhvil verilən uzaqmənzilli silahlardan istifadə etməklə Rusiya ərazisinə zərbələr endirməyə icazə verilməsi ilə bağlı çağırışlar edilib.

Ekspertlər Rusiyanın cavabının güclü və gözlənilməz olacağı barədə xəbərdarlıq ediblər.

Eyni zamanda, Ukrayna raket, artilleriya və Qərb istehsalı olan dronlarla Belqorod vilayətində, Krımda və Rusiyanın digər sərhəd rayonlarında mütəmadi olaraq məskunlaşan ərazilərə hücum edir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN