“Crocus City Hall”dakı terror aktı onun təşkilatçılarının planlarının elementlərindən biri idi.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bişkekdə MDB-nin Təhlükəsizlik Orqanları və Xüsusi Xidmətləri Rəhbərləri Şurasının iclası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərini “Rossiyskaya qazeta” sitat gətirib.
“Bu qüvvələrin istəkləri təkcə bir terror aktı ilə məhdudlaşmır, “Krokus”da baş verən terror aktı Rusiya əleyhdarlarının istəkləri zəncirinin həlqələrindən biridir. MDB-də, amma məncə, heç bir şey yoxdur. Bu, planlaşdırıldığı kimi olmayacaq", - Narışkin vurğulayıb.
E.ŞİRİNOV