Ermənistanda kütləvi vətəndaş itaətsizliyi aksiyaları keçirilir.
Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, bu səhər fəallar Əştərək şəhəri ərazisində İrana gedən dövlətlərarası avtomobil yolunu bağlayıblar. Etirazçılar İrəvanın bəzi küçələrində də nəqliyyatın hərəkətini dayandıra biliblər, daha sonra hüquq-mühafizə qüvvələri vəziyyətə müdaxilə edib.
Məlumata görə, vətəndaş itaətsizliyinin 140-a yaxın iştirakçısı polis tərəfindən saxlanılıb.
Bazar günü paytaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətinə qarşı çıxan minlərlə insanın aksiyası keçirilib.
“Biz çox vacib bir mərhələyə gəldik, indidən bizim müzakirə mövzumuz var, siz artıq birinci oldunuz indiki ilə”, – müxalifət lideri arxiyepiskop Baqrat Qalstanyan baş nazirin iqamətgahında çıxışı zamanı deyib.
Daha sonra B.Qalstanyan hakimiyyətin hərəkətləri ilə razılaşmayanların hamısını küçələrə çıxmağa çağırıb.
E.ŞİRİNOV