Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstan hakimiyyətinin xarici agentlər haqqında qanunu irəli sürməklə ölkənin Avropa İttifaqına gedən yoluna maneə yaratmasından inanılmaz dərəcədə ağrıdığını bildirib. Berbok Tiflisə qanunu geri götürməyi məsləhət görüb.
Tezadlar.az xəbər verir ki, nazir Brüsseldə jurnalistlərə deyib: “Gürcüstan hökumətinin bir qanunla öz xalqının, xüsusən də gənclərin Avropa İttifaqına gedən bu böyük arzusunu əngəlləməsi məni çox ağrıdır”.
Mayın 27-dən etibarən Gürcüstan parlamenti prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna vetosunu ləğv etmək üçün prosedura başlayacaq.
Mayın 14-də Gürcüstan parlamentariləri üçüncü oxunuşda xarici agentlər haqqında qanuna səs veriblər. Təşəbbüs Xarici Təsirlərin Şəffaflığı Aktı adlanır və səs çoxluğu ilə qəbul edilib.
ABŞ və Aİ hakimiyyəti Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna dəfələrlə qarşı çıxıb. Belə ki, onlar Vaşinqtonda Gürcüstan hakimiyyətini qanunun qəbuluna görə sanksiyalarla hədələyiblər və Avropa diplomatiyasının rəhbəri Cozep Borrel bildirib ki, bu qanun Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə mane olacaq.
E.ŞİRİNOV