Abxaziya müstəqil dövlətdir və Gürcüstanın baş nazirinin respublikaya nəzarəti bərpa etmək niyyəti barədə bəyanatı populist və perspektivsizdir.

Tezadlar.az xəbər verir ki, bu barədə Abxaziyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze vətəndaşları Müstəqillik günü münasibətilə təbrik edib və bəyan edib ki, Tbilisi Abxaziya və Cənubi Osetiyanı öz tərkibinə qaytarmaq və 2030-cu ildə Avropa İttifaqına üzv olmaq niyyətindədir. Onun sözlərinə görə, “gürcü arzusu vahid və güclü Gürcüstanda yaşamaqdır”.

“Biz bir daha bəyan etməyi zəruri hesab edirik ki, Abxaziya Respublikası müstəqil dövlətdir və öz suverenliyini möhkəmləndirmək yolu ilə getməkdə davam edir”, - Abxaziya Xarici İşlər Nazirliyi vurğulayıb.

2008-ci ilin avqustunda Cənubi Osetiyada Rusiya hərbi sülhməramlılarının atəşə tutması, daha sonra Gürcüstan ordusunun respublikaya daxil olması Moskvanın cavab reaksiyasına və “Gürcüstanı sülhə məcbur etmək” əməliyyatına səbəb olub. Əməliyyat Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıması ilə başa çatıb. Eyni zamanda, Tbilisi respublikaları müstəqil dövlət kimi tanımaqdan imtina edərək, bu əraziləri geri qaytaracağını dəfələrlə bəyan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN