“Taliban” hərəkatının (Rusiyada qadağan olunmuş təşkilat) nümayəndələri Rusiyanın Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyir.

Tezadlar.az xəbər verir ki, bunu Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov “Soloviev Live” telekanalının efirində deyib.

“Onlar Ukrayna böhranı ilə bağlı Rusiyanın mövqeyini açıq şəkildə dəstəkləyirlər. Onlar bu prosesin səbəb və nəticələrini anlayırlar, ruhən və sözlə bizim tərəfimizdədirlər” deyən diplomat əlavə edib ki, “Taliban” ya onunla, ya da Rusiyanın Kabildəki səfiri ilə təmaslarda öz fikirlərini bildirir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin “Taliban”la münasibətlərin qurulmasının vacibliyindən danışıb. “Bunlar ölkəyə nəzarət edən, ölkə ərazisinə nəzarət edən insanlardır, bu gün Əfqanıstanda güc onlardır”, - Rusiya lideri bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

IMAGE
ƏSİLZADƏ PROFESSOR...
Thursday, 23 Yanvar 2025
By Elman ELDAROĞLU
IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN