Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib ki, ölkə prezidenti Salome Zurabişvilinin əvəzinə xarici agentlər haqqında qanunu özü imzalayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə mayın 29-da TASS məlumat yayıb.

“Xarici agentlər haqqında qanun dünən prezident administrasiyasına göndərilib. İndi imzanı gözləyirik. Aydındır ki, böyük ehtimalla o (Zurabişvili – RED.), onu imzalamayacaq. Buna uyğun olaraq, mən bu qanunu imzalayacağam”, - Ş.Papuaşvili mətbuat konfransında bildirib.

Bir gün əvvəl Gürcüstan parlamenti prezidentin xarici agentlər haqqında qanuna vetosunu ləğv etdi. Qərar deputatların səs çoxluğu ilə qəbul edilib. Qanun layihəsi ilkin variantda qəbul ediləcək.

Mayın 28-də axşam saatlarında qanuna etiraz edən izdiham parlament binası qarşısına toplaşıb. Respublika Prezidenti onlara müraciət edərək deyib ki, indi xalq qərar verməlidir ki, Gürcüstan Avropaya yaxınlaşacaq, yoxsa “rus əsarətinə” düşəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN