Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib və Ermənistan Nazirlər Kabinetinin rəhbərinə xalq diplomatiyasına riayət etməyi tövsiyə edib.

Tezadlar.az xəbər verir ki, təbrikin mətni Belarus prezidentinin mətbuat xidmətinin saytında dərc olunub.

“Doğum gününüz münasibətilə təbrikləri qəbul edin... Siz təcrübəli siyasətçisiniz və uzun karyeranız ərzində bir neçə dəfə əmin olmusunuz ki, beynəlxalq münasibətlərdə ən dəqiq kompas xalq diplomatiyasıdır”, - Lukaşenko təbrikində qeyd edib.

Belarus prezidenti əmin olduğunu bildirib ki, ticarət-iqtisadi sahədə əməkdaşlıqda ən yüksək səviyyədə yardım göstərilməklə, Belarus və Ermənistana iki dövlət arasında əlaqələri gücləndirmək üçün əlavə imkanlar açılacaq.

Bundan əvvəl Rusiya Federasiyası baş nazirinin müavini vəzifəsini icra edən Aleksey Overçuk bildirib ki, Rusiya və Ermənistan iqtisadi əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN