Kamçatka diyarının səhiyyə naziri Aleksandr Qaşkov qəzaya düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə regional hökumət məlumat yayıb.
Qəza iyunun 1-də Naçiki-Kavalerskoye-Ust-Bolşeretsk avtomobil yolunun hissəsində baş verib.
"Region Səhiyyə Nazirliyinin rəhbərinin vəziyyəti ağırdır. Yol-nəqliyyat hadisəsi nəticəsində Aleksandr Qaşkovun qabırğaları və çanaq sümüyü sınıb", - məlumatda deyilir.
Qaşkovun olduğu avtomobildə regional Səhiyyə Nazirliyinin səhiyyənin inkişafı şöbəsinin müdir müavini Denis Fedotov da olub. O və avtomobilin sürücüsü yüngül bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, qəzaya səbəb avtomobilin qarşı zolağa çıxması olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyir, hadisənin bütün hallarını müəyyənləşdirirlər.
E.ŞİRİNOV