"Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi çərçivəsində “Bravo” supermarketlər şəbəkəsinin 20 Yanvar və Mərdəkan filiallarından, “Araz” supermarketlər şəbəkəsinin Əhmədli və Hövsan filiallarından ümumilikdə 106 kq işlənmiş batareya toplanaraq "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilib.
Qeyd edək ki, istifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən 1 may 2022-ci il tarixində “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.
Layihəyə dəstək verən bütün tərəfdaşlara və vətəndaşlara təşəkkür edilib.
R.XUDATQIZI