Təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunan 2 ədəd 122 mm-lik, 1 ədəd 112 mm-lik, 1 ədəd 87 mm-lik top mərmisi, 1 ədəd 84mm-lik minaatan mərmi, 1 ədəd 42mm-lik tank əleyhinə mərmi Kəngərli Rayon Polis Şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin minalardan təmizlənmə üzrə pirotexnik qrupu tərəfindən götürülərək zəzərsizləşdirilməsi üçün məhvetmə ərazisinə daşınıb.

DİN-dən Tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

***

İyunun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

***

Keçirilmiş əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN