Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Rəhimli kənd sakinləri gecə saatlarında onlara məxsus tövlələrdən xırdabuynuzlu heyvanların oğurlandığını bildiriblər.
DİN-dən Tezadlar.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törədən Nahid Tahiroğlu və qohumu İnqilab Səlimov saxlanılıb. Onlar oğurladıqları xirdabuynuzlu heyvanları Şamaxı rayonunda satdıqlarını, əldə etdikləri qazancı aralarında böldüklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
***
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərdə isə rayon ərazisində yerləşən iki evdən oğurluq edən Qəmbər Rüstəmov saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı xırdabuynuzlu heyvanlar oğurlayan Zaməddin Nəbizadə də saxlanılaraq istintaqa təhvil verilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
***
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərdə iyunun 3-də bir yeniyetmənin mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Hüseynov və F.Tağıyev müəyyən olunaraq saxlanılıblar.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Axundov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
***
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Pərviz Allahverdiyevi saxlayıblar.
Onun 10 baş xırdabuynuzlu heyvan oğurlaması müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisindəki köşkdən 320 manat və ümumi dəyəri 6680 manat olan əmtəə məhsullarını oğurlayan A.Əliyev və M. Babayev saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində mağazaların birindən 475 manat dəyərində geyim əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən 58 yaşlı A.İsgəndərov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
O, araşdırma aparılması üçün 10-cu Polis Şöbəsinə təhvil verilib.
***
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 3-də rayon ərazisində yerləşən bir mərc oyunları məntəqəsindən 4478 manat pul, bir restorandan isə pul və 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Elvin Hümbətov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında rayon sakini Rövşən İbrahimovu saxlayıblar.
Araşdırmalar zamanı onun təkər təmiri sexindən 1050 manat oğurlaması müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
R.XUDATQIZI