Ukrayna Silahlı Qüvvələri (USQ) Belqorod vilayətinin Şebekino şəhərinə hücum edib, 3 yerli sakin yaralanıb.
Tezadlar.az bildirir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
"Şebekino şəhəri Ukrayna Silahlı Qüvvələrinin hücumuna məruz qalıb. İlkin məlumata görə, 3 mülki şəxs yaralanıb. Təcili yardım briqadası qol və ayaqlarında çoxsaylı qəlpə yaraları, döş qəfəsindən yaralanan şəxsi şəhərdəki 2 saylı xəstəxanaya aparıb. Belqorodun iki qadın sakini müxtəlif qəlpə yaraları ilə regional klinik xəstəxanaya çatdırılıb”, - qubernator yazıb.
Qladkovun sözlərinə görə, hücumdan sonra elektrik xətləri zədələnib. Şebekinoda, eləcə də Nejegöl və Rjevka kəndlərində elektrik enerjisinin verilişi qismən kəsilib. Ərazidə operativ və təcili xidmətlər fəaliyyət göstərir.
E.ŞİRİNOV