Sankt-Peterburq məhkəməsi jurnalist Andrey Zaxarovu (Rusiya Federasiyasında xarici agent kimi tanınan) fəaliyyəti ilə bağlı Ədliyyə Nazirliyinə hesabat təqdim etmədiyi üçün 40 min rubl məbləğində cərimələyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb.

“Sankt-Peterburqun Kolpinski Rayon Məhkəməsi Andrey Zaxarovu Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsinə (xarici agentin fəaliyyəti ilə bağlı prosedurun pozulması) görə inzibati məsuliyyətə cəlb edib. Məhkəmə 40 min rubl məbləğində cərimə kəsib”, - məlumatda deyilir.

Məhkəmə müəyyən edib ki, Zaxarov xarici agent kimi Ədliyyə Nazirliyinə üç forma üzrə hesabat təqdim etməyib.

Jurnalistin xarici agentlərin reyestrinə daxil edilməsi 2021-ci ilin oktyabrında məlum olub. Həmin vaxt Britaniyanın BBC Yayım Korporasiyasının rus xidmətində işləyirdi. Zaxarov həm də RBC və Proekt (Rusiyada arzuolunmaz təşkilat elan edilmiş) nəşrlərinin müxbiri idi.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN