Rusiya Federasiyası Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi vəzifəsi prezident administrasiyasının aparatından çıxarılıb.

Tezadlar.az xəbər verir ki, bu cür dəyişikliklər Vladimir Putinin administrasiyasının departamentlərinin strukturu haqqında imzaladığı fərmanda öz əksini tapıb.

Sənədin mətninə əsasən, xüsusən də inzibatçılıq haqqında əsasnaməyə dəyişikliklər edilir.

“Rusiya Federasiyası Prezidentinin Ukrayna ilə ticarət-iqtisadi əlaqələrin inkişafı üzrə xüsusi nümayəndəsi” sözləri (dövlət başçısına tabe olan administrasiya işçilərinin siyahısından) çıxarılsın”, - sərəncamda tapşırılır.

Müxtəlif vaxtlarda bu vəzifəni keçmiş baş nazir və Kiyevdəki səfir Viktor Çernomırdin, Ukraynadakı keçmiş səfir Mixail Zurabov, keçmiş təhsil və elm naziri Dmitri Livanov və dövlət başçısının keçmiş köməkçisi Vladislav Surkov tutub.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN