ABŞ “hər an” Ukrayna ilə bağlı Rusiya ilə sülh danışıqlarına getməlidir.

Tezadlar.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə müstəqil namizəd kiçik Robert Kennedi X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Rusiya prezidenti Vladimir Putinin “bunu istədiyini” vurğulayaraq, "Mən indi əsl sülh danışıqlarına çağırıram", -  Bu o deməkdir ki, Birləşmiş Ştatlar münaqişənin diplomatik yolla həlli variantını ciddi şəkildə nəzərdən keçirməlidir.

Amerikalı siyasətçi qlobal münaqişənin gərginləşməsinin risklərinə işarə edərək, ABŞ hakimiyyətindən Ukraynaya pul ayırmağı dayandırmağı tələb edib.

Bundan əvvəl amerikalı professor Con Mirşaymer bildirmişdi ki, ABŞ prezidenti Co Bayden ölkədə prezident seçkiləri ərəfəsində Ukrayna münaqişəsini davam etdirməyə çalışır, lakin bu, Ukraynada qalib gələcək Rusiya Federasiyasının strategiyasına təsir etməyəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN