Ukraynanın cənubunda və qərbində enerji infrastrukturu obyektləri zədələnib, həmçinin ölkənin şərqində generasiya qurğusunun işində fasilə yaranıb.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

"Ötürücü sistem operatorunun obyektləri cənub və qərb rayonlarındadır. Zədələnmiş avadanlıq var. Şərq bölgəsində hava elektrik xətti ayrılıb və bu, stansiyada yükün azalmasına səbəb olub. Nəticələri aydınlaşdırılır”, - deyə idarənin Telegram kanalında bildirilir.

Öz növbəsində, "Ukrenergo" enerji şirkəti Lvov vilayətində və Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissəsindəki obyektlərdə avadanlıqların zədələndiyini bildirib.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib və bu, təxminən iki saat davam edib. Ukrayna mətbuatının məlumatına görə, gecə saatlarında Lutsk (Volın vilayəti), Stryi şəhəri yaxınlığında (Lvov vilayəti), həmçinin Vinnitsa və İvano-Frankivsk vilayətlərində partlayış səsləri eşidilib. Stryidə elektrik enerjisinin kəsildiyi bildirilir. Lvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitski kritik enerji infrastrukturu obyektində güclü yanğın barədə məlumat verib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN