Sevastopol hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin (USQ) iyunun 23-də baş vermiş raket hücumu nəticəsində dəymiş maddi ziyanı qiymətləndirəcək komissiya yaradıb.
Tezadlar.az bildirir ki, bu barədə şəhərin qubernatoru Mixail Razvojayev hökumətin iclasında məlumat verib.
“Biz zərərin qiymətləndirilməsi komissiyası yaratmışıq, həm avtomobillərə, həm də evlərə ziyan dəyib”, - o deyib.