Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi Ukraynadakı vəziyyəti həll etmək üçün Rusiyanı kənarda qoyan təşəbbüslərin səmərəsizliyindən əmindir.

“Ukraynadakı dağıntıları mümkün qədər tez dayandırmaq və hər iki tərəf üçün ədalətli və yekun həllə nail olmaq lazımdır. Rusiyanı istisna edən təşəbbüslərin istənilən nəticəni verməyəcəyi qənaətindədir”, - deyə Ərdoğan Ankarada Estoniya prezidenti Alar Karislə keçirdiyi mətbuat konfransında bildirib.

Yayım Türkiyə liderinin administrasiyası tərəfindən sosial şəbəkələrdə aparılıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN