İsrailin Livana müdaxiləsi halında İran “Hizbullah” hərəkatına hər cür kömək edəcək.

Tezadlar.az xəbər verir ki, bu sözləri “Financial Times” qəzetinə müsahibəsində Ayətullah Əli Xameneinin (İranın mənəvi lideri) müşaviri Kamal Xarazi deyib.

“Belə bir vəziyyətdə (Livanda genişmiqyaslı münaqişə baş verərsə - RED.) bizim “Hizbullah”ı hər vasitə ilə dəstəkləməkdən başqa çarəmiz olmayacaq”, - deyə İran rəsmisi bildirib və vurğulayıb ki, “bütün Livan xalqı, ərəb ölkələr və müqavimət oxu İsrailə qarşı Livanı dəstəkləyəcək”.

Bundan əvvəl İranda bir neçə rəy sorğusunun nəticələri göstərib ki, ölkə prezidenti postu uğrunda mübarizənin lideri Səhiyyə Nazirliyinin keçmiş rəhbəri Məsud Pezeşkiyandır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN