Sterlitamakda Artema küçəsində yerləşən yaşayış binasında fövqəladə hadisə baş verib. Saat 12:03-də hündürmərtəbəli binanın 2-ci mərtəbəsində məişət qazının partlaması baş verib.

Tezadlar.az yerli mətbuata istinadən bildirir ki, bu barədə Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, bir nəfər ölüb, ikisi uşaq olmaqla daha yeddi nəfər yaralanıb. Hadisə nəticəsində mənzillərin pəncərə və qapıları sınmış, giriş foyesinə ziyan dəyib. Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğınsöndürənlər və xilasedicilər 80 sakini təxliyə ediblər.

Bütün təcili yardım xidmətləri hadisə yerindədir, üç yanğınsöndürən texnikası cəlb olunub. Şəhər İcra Hakimiyyətinin başçısı Rüstəm Qazızovun rəhbərlik etdiyi operativ qərargah yaradılıb.

Belarus Respublikası prokurorluğunun məlumatına görə, faciə qaz avadanlıqlarının təmiri zamanı baş verib. Qaz xidmətinin iki əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Prokurorluğun əməkdaşları fövqəladə hadisənin baş vermə şəraitini və səbəblərini, habelə qaz avadanlıqlarının istismarı və təmiri zamanı təhlükəsizlik tələblərinə necə əməl edildiyini müəyyən etmək üçün araşdırmalara başlayıblar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN