İstintaq Komitəsi Rusiyanın sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandasının məşqçisi Əlişiri İsmətzodaya qarşı terror fəaliyyətinə şərait yaratmaqda ittiham edib.
Tezadlar.az bildirir ki, TASS-ın müxbiri bu barədə Moskvanın Şerbinski Rayon Məhkəməsinin zalından məlumat verir.
"Məhkəmə təqsirləndirilən İsmətzoda barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxır", - məhkəmədən bildiriblər.
Həmin şəxs terrorçuluq fəaliyyətinə sövq etmə və cəlb etmədə şübhəli bilinərək (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1-ci hissəsi) saxlanılıb.
Müstəntiqin sözlərinə görə, İsmatzodanın hazırda Tacikistanda terrorizmə görə mühakimə olunan və eyni zamanda Suriyada hərbi əməliyyatlarda iştirak edən qohumu var. Bundan əlavə, İsmatzodanın mənzilində axtarış zamanı ekstremist ədəbiyyat aşkarlanıb.
E.ŞİRİNOV