Ölkəmizin müxtəlif kənd və qəsəbələrində yaşayan həssas kateqoriyadan olan şəxslər üçün müraciətlərin əlçatanlığını təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidmətinin regional idarələri tərəfindən səyyar xidmətlər davam etdirilir.
Xidmətdən Tezadlar.az-a verilən məlumata görə, Ağsu, Gəncə, Naxçıvan, Xaçmaz, Lənkəran regional miqrasiya idarələri tərəfindən İsmayıllı, Kürdəmir, Gəncə Culfa, Kəngərli, Xaçmaz, Siyəzən, Lənkəran, Cəlilabad və Masallıda yaşayan sağlamlıq imkanları məhdud şəxslərə səyyar xidmət göstərilib.
Səyyar xidmətlər zamanı Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq şəxslərin yaşadıqları ünvanlarda müvafiq yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.
Eyni zamanda şəxslərdən müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin alınması və vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sənədlər qəbul edilib, həmçinin müraciətlərə uyğun tələb olunan sənədlərin siyahısı izah edilib.
R.XUDATQIZI