Kiyevdən Belarus-Ukrayna sərhədində silahlı təxribatların olma ehtimalı yüksək olaraq qalır.
Tezadlar.az xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Vladimir Kuprianyuk brifinqdə bildirib.
“Ümumiyyətlə, sərhədyanı ərazilərdə xüsusi təyinatlıların, muzdluların və digər müxtəlif könüllü birləşmələrin cəmləşməsi fonunda ərazimizdə silahlı təxribatların, eləcə də rezonanslı aksiyaların hazırlanma və həyata keçirilməsi ehtimalı yüksək olaraq qalır”, – TASS Kuprianyukdan sitat gətirir.
O vurğulayıb ki, Kiyev tərəfindən nümayişkaranə hərəkətlərin və təxribatların, o cümlədən Belarus sərhədini dəfələrlə pozan pilotsuz təyyarələrdən istifadənin intensivliyi azalmır.
Generalın sözlərinə görə, bu hərəkətlər kəşfiyyat məqsədi daşıyır və ölkə ərazisinə partlayıcı maddələrin atılması cəhdlərinin bir hissəsi kimi həyata keçirilir.
Xatırladaq ki, iyunun 29-da Rusiya Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri komandanının ideoloji işlər üzrə müavini polkovnik Vadim Lukaşeviç Ukrayna Silahlı Qüvvələrinin Belarusla sərhədə qoşun toplamaqda davam etdiyini açıqlamışdı. Onun fikrincə, Ukrayna yalnız müdafiə strukturları tikdiyi barədə bəyanatların arxasında gizlənir, amma əslində bu, doğru deyil.
Belarus hakimiyyəti bundan əvvəl qoşunların ölkələr arasında sərhədi möhkəmləndirməyə başladığı barədə xəbərdarlıq etmişdi. Xüsusilə, ora “Polonez” çoxlu buraxılış raket sistemi (MLRS) diviziyası göndərilib.
E.ŞİRİNOV